Məşhurlar xəstəliklərdən danışdı

Məşhurlar xəstəliklərdən danışdı
1949 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin budəfəki buraxılışında aparıcı Lalə Azərtac qızı ilə birlikdə qonaq olub.

Axşam.az-ın məlumatına görə, qurd xəstəliklərindən bəhs edilən proqramda tamaşaçılara maraqlı məsləhətlər verilib. Həftənin cümə axşamı yayımlanacaq “Sağlam olun”da həkim məsləhətlərini eşidəcəksiniz.

Cümə günü efirə gedəcək buraxılışda isə mövzu zob xəstəlikləri olacaq. Həkimlər zob yaradan problemlərdən söz açacaqlar.

Verilişin qonaqları arasında əməkdar artist Hüsniyyə Mürvətova da yer alıb.

“Sağlam olun” verilişinin növbəti buraxılışlarını cümə axşamı və cümə günü saat 10:30-da ATV telekanalında izləyə bilərsiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan “Sağlam olun” verilişinin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.

Foto: Rəşad ABBASOV