Kərim: “Elə bir açılış olacaq ki ...”

Kərim: “Elə bir açılış olacaq ki ...”
1178 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov iş adamı olmaq qərarına gəlib.

Sənətçi Axşam.az saytına açıqlamasında müəyyən yaşdan sonra səhnədən getməyi planlaşdırdığını bildirib:

“Bu günə kimi heç bir bizneslə məşğul olmamışam. Xalqım çox sağ olsun ki, toylara dəvət edib, qonorarımı verib. Hər zaman səsimlə qazandığım pulu yemişəm. Amma indi düşünürəm ki, əlavə biznes lazımdır. Ömrümün axırına kimi müğənni olmayacam ki. Müəyyən yaşdan sonra səhnədən gedəcəm. Böyük bir məkan açmağı planlaşdırıram. 2014-cü ilin oktyabrında elə bir açılış olacaq ki, hamı təəccüblənəcək. Hələ ki biznesimin adını açıqlamaq istəmirəm, amma bu, bir məkan olacaq”.

Foto: Rəşad ABBASOV