Müğənni Elvin Abdullayev ifası ilə yanaşı, bəstəkarlığıyla da tanınır. Sənətçi Axşam.az saytına açıqlamasında həmkarlarının ondan dəfələrlə bəstə istədiyini bildirib. Amma Elvin aralarında əməkdar artistin də yer aldığı təkliflərdən imtina edib:
“Həmkarlarım arasında dəfələrlə mahnı istəyən olub. Hətta bu yaxınlarda bir əməkdar artistdən təklif aldım. Amma yazmadım. Nə olsun ki, əməkdar artistdir, oxumağını bəyənmirəm. İfasını xoşlamadığım heç kimə mahnımı vermərəm”.
Mahnının uğurlu alınmasının sirlərindən danışan Elvin özünü kaprizli sənətçilər sırasına daxil edib:
“Mahnı seçərkən ilk növbədə sözlərinə fikir verirəm. Daha sonra onun musiqi ilə vəhdət təşkil etməsi önəmlidir. Əks halda, o ifadan uğur qazana bilməyəcəksən. Təklif olunan mahnının kim tərəfindən bəstələndiyi önəmli deyil. Hətta gənc bir bəstəkarın mahnısını belə oxuyuram. Əsas odur ki, hit bir bəstə olsun. Kaprizli olmağım normaldır. Özüm peşəkar musuqiçiyəm, aranjimana önəm verməliyəm. Mahnıda hər şey qaydasında, qüsursuz olmalıdır. Çünki tamaşaçı, dinləyici yaxşını pisdən ayırmağı bacarır”.
Foto: Rəşad ABBASOV