Eminin Mandelaya həsr etdiyi mahnı - Video

Eminin Mandelaya həsr etdiyi mahnı - Video
1533 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar-müğənni Emin Ağalarov bu yaxınlarda dünyasını dəyişən CAR-ın keçmiş prezidenti Nelson Mandelaya mahnı həsr edib.

Axşam.az-ın məlumatına görə, “Hope” ("Ümid") adlanan əsərin müəllifi də Nelsonun özüdür. Russ Ballard, Kris Vinter və Nelsonun ərsəyə gətirdiyi mahnını Emin 2014-cü ildə keçiriləcək “Dünya sülh günü”ndə səsləndirməli idi. Bəstədə 96 il ömür sürən ictimai xadimin tez-tez işlətdiyi ifadələr əks olunub. Mahnı haqqında fikirlərini bildirən Emin bunları deyib:

“Bu kompozisiyanı bir müddət əvvəl lentə aldırdım, onu dünyasını dəyişmiş Nelson Mandellaya həsr edirəm. İndi əsəri dinləyicilərlə bölüşməyin əsl vaxtıdır. Mahnını Mandela kimi gələcəyə ümidlə baxan insanlara həvalə edirəm”.

İfanın iTunes-də satışından əldə olunan gəlir Nelsonun yaratdığı kimsəsiz uşaqlar evinə bağışlanacaq.