Müğənni Emil Bədəlov şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, sənətçi xanım pərəstişkarlarından sevgi etirafı aldığını bildirib.
“Sosial şəbəkələrin fəal istifadəçisiyəm. Tez-tez xanımlardan sevgi etirafı alıram. Xoş sözlər yazanlara təşəkkür edirəm. Amma eşq dolu cümlələrə cavab vermirəm” deyən Emil xanımının onu qısqanmadığını əlavə edib:
“Xanımım mənə inanır. Bu cür mesajları onunla birlikdə oxuyuruq. Ona görə də aramızda belə problemlər yaşanmır. Ən çox İnstaqramdan istifadə edirəm. Şəkillər paylaşır, vaxt keçirirəm. “Facebook”da da profilim var. Amma saxta “Emil Bədəlov”lar da az deyil”.