Ayselin repertuarında yeni mahnı

Ayselin repertuarında yeni mahnı
1654 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı gənc müğənni Aysel Əlizadəyə yeni bəstəsini təqdim edib.

Axşam.az xəbər verir ki, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnı “Söylə” adlanır.

“Əsəri mənə bəstəkar təqdim edib. Həm Sevinc xanım, həm də Qənirə Paşayevanın birgə yaradıcılığının məhsulu olan mahnını Osman bəyin aranjimanından sonra sevə-sevə səsləndirdim” – deyən sənətçinin repertuarına daxil etdiyi “Söylə”ni yaxın günlərdə təqdim edəcəyini öyrəndik.