Məşhur rusiyalı cütlük - müğənni Alla Puqaçova və teleaparıcı Maksim Qalkin əkiz övladları ilə ilk dəfə ictimaiyyət qarşısına çıxacaq.Axşam.az xəbər verir ki, yerli telekanallardan birində yayımlanan "Yeni rus sensasiyaları" verilişində jurnalistlər onların evində qonaq olacaq.
Proqramda tanınmış simaların evi və yaşayışı, körpə Harri və Lizanın qayğısını necə çəkdikləri əks olunacaq.
Qeyd edək ki, sentyabrda surroqat ana 37 yaşlı M. Qalkin və 64 yaşlı A. Puqaçova üçün əkiz övlad dünyaya gətirmişdi.