Rəqqasə Fatimə Fətəliyeva “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” verilişinin Yeni il çəkilişlərində özünü aktrisa kimi sınayıb. Axşam.az-ın məlumatına görə, rəqqasə ilə sənətçi dostları bir araya gələrək, məşhur hind filmi “Zita və Gita”nı canlandırıblar. Fatimə bununla bağlı təəssüratlarını bizimlə bölüşüb:
“Lap kiçik yaşlarımdan hind filmlərini çox sevirəm. Məhz bu sevgidəndir ki, hind rəqslərinin öhdəsindən məharətlə gəlirəm. Amma ötən gün baş tutan çəkilişdə bir az da aktrisa kimi özümü yoxlamalı oldum. Hörmət etdiyim sənətçilərlə birgə maraqlı çəkiliş oldu. İnşallah, tamaşaçılar bu işdən zövq alacaqlar”.
Qeyd edək ki, “Zita və Gita” filminin Yeni il çəkilişində Fatimə “Zita” və “Gita”, Könül Kərimova Zitanın nənəsi, aktrisa Naibə Allahverdiyeva - bibi, Ceyhun Əliyev - Racmin, Günel Məhərrəmova - bibinin qızı, Aşıq Samirə - qayınana, Teymur Əmrah isə qulluqçu obrazında rol alıblar.