Oksana: “Şahrux Xan tezliklə Bakıya gələcək”

Oksana: “Şahrux Xan tezliklə Bakıya gələcək”
2096 dəfə oxunub
  • A-
  • A
  • A+
Hind aktyoru Şahrux Xanın Dubaydakı konsertinə gedən rəqqasə Oksana Rəsulova sənətçi haqqında yeni xəbər verib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə açıqlamasında aktyorun Bakıya gələcəyini bildirib:

“Konsert çox gözəl keçdi. Şahrux Xanı gördüm: balacaboy, üzü tüklü, arıq. Xəyalımda canlandırdığım o böyük, yaraşaqlı biri deyildi. Gözümdə adiləşdi. Amma o səmimiyyət, sakitlik gözlərindən görünür.

Sizə bir sirr açım: Şahrux yaxın günlərdə Bakıya gələcək. Böyük bir layihədə iştirak edəcək. Əgər alınsa, həmin layihədə mən də yer alacam”. Oksana aktyor üçün Dubaya getməkdə onu qınayanların cavabını da verib: “Getmişəm, əcəb etmişəm. Sevdiyim, pərəstiş etdiyim aktyorla görüşdüm. Bunu nəyi pisdir ki?”.