XX əsrdə Hollivudun ən istedadlı və cazibədar aktrisalarından biri hesab edilən Elinor Parker dünyasını dəyişib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət sətəlcəm xəstəliyindən əziyyət çəkən sənətçi 91 yaşında vəfat edib.
"The sound of music" ("Musiqinin səsi") filmi ilə məşhurlaşan Parker 1950, 1951 və 1955-ci illərdə "Oskar" mükafatına namizəd olub. Çox bacarıqlı olduğu və rollarını məharətlə ifa etdiyi üçün ona "Minüzlü gözəl" ləqəbi verilib.