“Özünə bax”da baş verənlər - fotolar

“Özünə bax”da baş verənlər -  fotolar
4596 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının zövq yarışması “Özünə bax” ötən gün də maraqlı məqamlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, yarımfinala keçmək üçün iştirakçılar arasında rəqabət daha da güclənib.

Ötən gün Arzu, Aynurə və Selcan üçüncü dəfə münsif qarşısına çıxıb.

Bu dəfə yarışmada münsif qismində layihənin siması Ruhi Əliyeva, stilist Elnur Həsənov, vizajist Nigar İbrahimova və modelyer Afaq İsmayılova yer alıb. Ötən buraxılışlarda geyimləri ilə diqqət çəkən Selcan bu dəfə zövqsüz iştirakçılar siyahısına girib. Belə ki, gənc xanımın geyim tərzini bəyənməyən münsiflər onu yarışmadan uzaqlaşdırıb. Arzu və Aynurə zövqü ilə seçilib. Hər iki iştirakçı yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV