Roza özbək müğənni ilə duetini təqdim etdi - fotolar

Roza özbək müğənni ilə duetini təqdim etdi - fotolar
1312 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Bakıya gələn "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayev və müğənni Roza Zərgərli Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçiriblər.

Axşam.az-ın məlumatına görə, sənətçilərin bir araya gəlmələrinin səbəbi birgə ifa etdikləri “Tı i ya” ("Sən və mən") adlı mahnını dinləyicilərə təqdim etmək olub.

Tədbirdən sonra R. Zərgərli təəssüratlarını bölüşüb:

“Çox şadam ki, Ziyad bəylə duet ifa etmişəm. Sözün düzü, o, ilk dəfə mənlə duet oxumaq istədiyini deyəndə çox sevindim. Çünki belə sənətçi ilə mahnı ifa etmək çox xoşdur. Bu mahnıya özüm klip də çəkdirəcəyəm. İnşallah, işbirliyimizin ardı olacaq. Hələ bir mahnı da oxuyacağıq. Növbəti mahnıda mən Azərbaycan, Ziyad bəy isə özbək dilində oxuyacaq”.