Məşhur Hollivud aktrisası Culiya Roberts 4-cü dəfə hamilədir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı ulduz yenidən ana olacaq.
Paparatsilərin hədəfinə tuş gələn Culiyanın hamilə olduğu diqqətdən qaçmayıb. Heç vaxt artıq çəkidən əziyyət çəkməyən Culiyanın kökəldiyini açıq-aşkar hiss olunub. Aktrisanın xüsusilə üzünün şişməsi şübhələrə yol açıb.
Xatırladaq ki, Culiya Robertsin üç övladı var və aktrisa bir müddət əvvəl uşaqlarına görə, səhnədən gedəcəyini açıqlamışdı.