Miranda Kerr: “Ayrılığa dözmək çətindir”

Miranda Kerr: “Ayrılığa dözmək çətindir”
1690 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Miranda Kerr “Harpers Bazaar” jurnalının yeni buraxılışı üçün maraqlı fotosessiya etdirib.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fotoqraf Terri Riçardın ərsəyə gətirdiyi şəkillərdə ulduz olduqca seksual görünüb.

Bununla yanaşı, model bitən evliliyi haqda səmimi açıqlamalar verib. “Victoria's Secret”in dünyaca məşhur modeli həyat yoldaşı ilə aralarında olan bağlardan danışıb:

“Bir-birimizi hələ də sevirik. Ayrılığa dözmək çox çətindir. İndi biz dostluq münasibətlərimizin uzun müddət qalması üçün səy göstəririk. Əsas odur ki, körpəmiz Flinnə layiqli valideyn olaq. Hər şeyi vaxtında etməli idik, çünki əks halda aradakı hörmət də məhv ola bilərdi. Bu günə qədər bir-birimiz üçün böyük anlam kəsb edirdik, bundan sonra da düşmən olmağın mənası yoxdur. Flinn ikimizin də həyatının ən önəmli şəxsidir. Ona görə biz hər zaman bütov olmağa çalışırıq”.