Bir milyon dollara dilini sığortaladı

Bir milyon dollara dilini sığortaladı
2833 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mayli Sayrus dilini sığortalayıb.

Axşam.az xəbər verir ki, sənətçi buna görə 1 milyon dollar ödəməli olub.

Mayli gülərkən dilini çıxarmağı çox sevdiyini deyib: "Əvvəllər hamı kimi gülməyə çalışırdım. Amma indi belə etmək məni sıxır. Bir dəfə dilimi çıxarıb poz verdim və özümü rahat hiss etdim. Süni təbəssümə ehtiyac qalmadı".

Qeyd edək ki, indiyədək məşhurlardan bir çoxu bədən üzvlərini sığortalamaq üçün milyonlarla pul xərcləyib. Model Haydi Klum 2.2 milyon dollara, futbolçu Devid Bekham 70 milyon dollara, müğənni Meray Keri isə 1 milyard dollara ayaqlarını, müğənni Cennifer Lopez 27 milyon dollara ombasını, müğənni Rod Stüart 6 milyon dollara səsini, müğənni Tom Cons 7 milyon dollara sinəsinin tüklərini sığorta etdirib.