Məşhur Hollivud aktrisası Şeron Stoun son zamanlar plastik əməliyyatların köməyi ilə əvvəlki gözəlliyini qaytarmağa çalışsa da, buna nail ola bilmir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xeyriyyə tədbirlərindın birinə qatılan Stounun qocaldığı açıq-aşkar görünüb.
Qara kostyumla gecəyə təşrif buyuran aktrisa geyiminə görə də tənqid olunub. Üzündə saysız-hesabsız qırışlar olsa da, botoks etdirməkdən imtina edən aktrisanın yaşlanması və bunun qarşısını ala bilməməsi onun pərəstişkarlarını da olduqca təəssüfləndirib.