Acun seksual modeli yeni kanalına gətirdi

Acun seksual modeli yeni kanalına gətirdi
4879 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli teleaparıcı Acun Ilıcalı TV8 kanalına daha bir tanınmış simanı cəlb edə bilib.

Axşam.az xəbər verir ki, məşhur model Irmak Atuk telekanalda aparıcılıq edəcək.

Irmak hər bazar günü “Pazar Magazin” verilişini təqdim edəcək. Proqram sabahdan etibarən efirə gedəcək.

Qeyd edək ki, 28 yaşlı Irmak Atuk 1 dəfə Türkiyə gözəli seçilib, “Best Model of the World” (“Dünyanın ən yaxşı modeli”) yarışmasında 2-ci yeri tutub. Cazibədar model 4 teleserialda rol alıb.