Ülviyyə Rəhmanova açılışda – fotolar

Ülviyyə Rəhmanova açılışda – fotolar
4904 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Fəvvarələr meydanında Yeni il yarmarkasının açılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, “Soyuq əllər, isti ürəklər” devizi altında baş tutan yarmarka xeyriyyə məqsədi daşıyır.

Ülviyyə Rəhmanovanın baş redaktoru olduğu “Nargis” jurnalının təşkilatçılığı ilə keçirilən yarmarkada Yeni ilə aid əşyalar satışa çıxarılıb.

Açılış mərasimində dərginin baş redaktoru Ülviyyə Rəhmanova da iştirak edib. Sənətçilərdən isə Miri Yusif açılışa qatılıb.

Yarmarkanın bağlanış mərasimi dekabrın 20-də baş tutacaq. Həmin gün keçiriləcək lotoreyada iştirak edənlər Dubaya səyahət və bəstəkar-ifaçı Emin Ağalarovun konsertinə 2 bilet qazanmaq imkanı əldə edəcəklər. Tədbirə özəl qonaq qismində məşhur “Buro 24/7” saytının rəhbəri Miroslava Duma da qatılacaq.

Yarmarkada tanınmış yazıçılarla görüşüb avtoqraf ala bilmək şansı da yaradılacaq.

Yeni il yarmarkasından əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Foto: Bəhruz ƏLİZADƏ