“Möhtəşəm maşın”dan uzaqlaşdırılan ilk iştirakçı bilindi

“Möhtəşəm maşın”dan uzaqlaşdırılan ilk iştirakçı bilindi
7871 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunda mübarizəyə start verilib.

Axşam.az-ın məlumatına görə, gecədə maraqlı anlar yaşanıb.

Sənət dünyasının 18 tanınmış simasının mübarizə apardığı yarışmada iştirakçılardan əksəriyyəti Niyam Salaminin oyundan uzaqlaşdırılmasını istəyiblər. Daha sonra tamaşaçıların səsverməsi keçirilib. Artıq ilk gündən oyunda qruplaşmanın başlandığı görünüb. İştirakçılar Niyami Salaminin yarışmadan çıxmağı özünün istədiyini söyləyiblər. Niyam isə hər kəsin oyunu tərk etməkdən qorxduğunu nəzərə alaraq bu addımı atdığını deyib. Daha sonra səsvermə dayandırılıb. Niyam Salami 50 faizdən artıq səs toplayıb və  oyunun şərtlərinə uyğun olaraq, yarışmada mübarizəni davam etdirmək şansı qazanıb. O, əlindəki fürsətdən yararlanaraq müğənni Çingiz Mustafayevi oyundan uzaqlaşdırıb. Murad Dadaşov Niyamın bu seçimindən çox təəssüfləndiyi deyib.

Xatırladaq ki, yarışmaçılar arasında müğənni Günay İbrahimli, Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, Orxan Babazadə, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Şəhriyyar Əbilov, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov, idmançı Eduard Məmmədov və dicey Çina mübarizəni davam etdirir.

Veriliş hər gün saat 22:00-da ATV telekanalında yayımlanacaq.