Məşhur müğənni Selena Qomez “Jingle Ball” adlı konsertdə maraqlı performans nümayiş etdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı libasla səhnəyə çıxan 21 yaşlı müğənni ifasına “Slow Down” mahnısına ilə başlayıb.
Daha sonra “Love you like a love song”, “Who says”, “Naturally” mahnılarını səsləndirən müğənni çıxışını “Come & Get it” bəstəsi ilə bitirib. Selenanın ifaları ilə yanaşı, gözəl libası da böyük diqqət görüb.