Nərgiz Cəlilova gözəllik sirlərindən danışacaq - fotolar

Nərgiz Cəlilova gözəllik sirlərindən danışacaq -  fotolar
2205 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının “Sağlam olun” verilişi yenə də maraqlı mövzularla gündəmə gələcək.

Axşam.az-ın məlumatına görə, verilişin budəfəki qonağı tanınmış aparıcı Nərgiz Cəlilova olacaq.

Teleaparıcı gözəllik sirlərindən söz açacaq. Heç zaman plastik əməliyyat etdirməyən N. Cəlilova xanımlara maraqlı məsləhətlərini verəcək.

Verilişin digər qonaqları aktyor Bəhram Bağırzadə və rejissor Aqil M. Quliyev də olacaq.

"Sağlam olun"un adıçəkilən buraxılışlarına cümə axşamı və cümə günü saat 10:30-da ATV telekanalında izləyə bilərsiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan verilişin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.

Foto Rəşad ABBASOV