“İctimai” telekanalda yayımlanan “Yeni stil” verilişinin “Fotoimic” rubrikasında bu dəfə fərqli obraz yaradılıb.
Axşam.az-ın məlumatına görə, model Nevzat Mahmudov “joker” olub. Vizajist Naranın yaratdığı obraz maraqla qarşılanıb.
Qeyd edək ki, aparıcılığını Samirə Rüstəmovanın etdiyi “Yeni stil” verilişi hər həftənin şənbə günü saat 17:30-da Axşam.az saytının informasiya dəstəyi ilə İTV-də yayımlanır.