Günay: “Maşını mən qazanacam" - fotolar

Günay: “Maşını mən qazanacam" - fotolar
2785 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Maşın” şounun iştirakçıları sırasına daxil olan müğənni Günay İbrahimli çox iddialıdır.

Sənətçi Axşam.az saytına açıqlamasında avtomobili qazanacağını bildirib. O, eyni zamanda şouya qatılmaq üçün bir çox işlərdən imtina etdiyini deyib:

“Maşın” şou elə bir verilişdir ki, burada sən xalqın sevimlisinə də çevrilərsən, bu günə kimi qazandığın nüfuzu itirə də bilərsən. Bu şouda hər bir insanın iç üzü açılır. Özümü güclü rəqib hesab edirəm, avtomobili qazanacağıma inanıram. Sona qədər gedəcəyəm. Hər zaman öz peşəmdə məqsədli olmuşam, istədiyimi əldə etmişəm. Bu dəfə də qalib olmaq məqsədindəyəm.
Şouya qatılmaq üçün bir çox işlərimdən imtina etdim. Elə ötən həftə Türkiyəyə yola düşməliydim. Yeni klipim orada çəkiləcəkdi. Şouya görə çəkilişləri təxirə saldıq”.

Foto: Rəşad ABBASOV