"Xəzər"in Səması: "Bu, qırışların qarşısını alacaq"

"Xəzər"in Səması: "Bu, qırışların qarşısını alacaq"
7276 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalında yayımlanan “Nuş olsun” verilişinin aparıcısı Səma mətbəxlə bağlı proqramların çətinliyindən danışıb.

Axşam.az saytına açıqlamasında  aparıcı bildirib ki, bu halda kökəlmək ehtimalı daha yüksək olur:

"İstər-istəməz hazırlanan yeməklərdən yeyirsən. Mənə ilk vaxtlar bu veriliş təklif olunanda tərəddüd edirdim, istəmirdim. Amma sonradan qarşıma məqsəd qoydum ki, mətbəx verilişi aparsam da, formada qalacağam. Gün ərzində bircə dəfə yemək yeyirəm. O da veriliş zamanı. Daha sonra heç nə yemirəm. Acanda meyvə ilə mədəmi aldadıram".

Səma baxım sirlərindən də danışıb. O deyib ki, tez-tez makiyajdan istifadə etməyin tərəfdarı deyil:

"Üz dərimə qulluq edirəm, nəmləndirici kremlər çəkirəm. Heç vaxt makiyajda qalmıram. Veriliş bitən kimi qrimi təmizləyirəm. Əvvəllər yumurta ilə balı qatıb, üzümə maska qoyurdum. Bu da xeyirlidir. Xanımlara məsləhət görərdim ki, maskalar edə bilməsələr də, ən azından tez-tez nəmləndirici krem vursunlar. Bir də üzlərinə zeytun yağı çəksinlər, bu, qırışların qarşısını alacaq”.

Foto: Rəşad ABBASOV