Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun ikinci yarış günündə maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, artıq 17 tanınmış simanın mübarizə apardığı yarışmada iştirakçılardan əksəriyyəti aparıcı Mirsalam Mirsalamovun oyundan uzaqlaşdırılmasını istəyiblər.
Mirsalam iştirakçılardan onun şəklini atmaqlarını xahiş etdiyini söyləyib. O, addımını belə şəkildə izah edib:
“Hər kəsdən şəklimin atılmasını xahiş etdim. Səs toplayıb bir nəfəri çıxaracağam. Hədəfim isə bəllidir”.
Stilist Anar Ağakişiyev maraqlı addımla çıxış edib. O, tələb olunan səs faizini toplayarsa, Mirsalamdan onu çıxartmasını istəyib. Aparıcı isə onu seçməyəcəyini deyib. Meyxanaçı İntiqam Rüstəmov isə insanları tanımağın çətinliyindən söz açıb. O, yarışmada hər kəsin fərqli olduğunu söyləyib. Müğənni Roza Zərgərlinin isə gərgin və əsəbi olduğu görünüb.
Daha sonra tamaşaçıların səsverməsi keçirilib. Mirsalam Mirsalamov 51.33 faiz səs toplayıb və oyunun şərtlərinə uyğun olaraq, yarışmada mübarizəni davam etdirmək şansı qazanıb. O, gənc müğənni Orxan Babazadəni oyundan uzaqlaşdırıb. O.Babazadə isə onun ünvanına təhqiramiz ifadə işlədib. Murad Dadaşov dediyi sözə görə, gənc müğənnini tənqid edib.
Xatırladaq ki, yarışmaçılar arasında müğənni Günay İbrahimli, Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Şəhriyyar Əbilov, Aydan Axundova, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov, idmançı Eduard Məmmədov və dicey Çina mübarizəni davam etdirir.
Veriliş hər gün saat 22:00-da ATV telekanalında yayımlanır.