“Victoria`s secret”in tanınmış modeli Alessandra Ambrossio maraqlı etiraf edib.
Axşam.az xəbər verir ki, 32 yaşlı model “Net-A-Porter” dərgisinə 11 yaşında qulaqlarını əməliyyat etdirdiyini deyib:
“Bilirdim ki, gələcəkdə tanınmış biri olacağam. Qulaqlarım böyük idi və bunu heç bəyənmirdim. Ona görə də 11 yaşımda bıçaq altına yatdım. Qəribəsi də odur ki, heç vaxt plastik əməliyyat etməyən bir cərraha müraciət etmişdim. İlk üç gün çox əziyyət çəkdim. Bir il ərzində iki dəfə əməliyyat olundum. Amma sonunda qulağım istədiyim formaya düşdü”.