"Müğənnilər nankorluq edir"

"Müğənnilər nankorluq edir"
1121 dəfə oxunub
  • A-
  • A
  • A+
Skripkaçı Ceyhun şou-biznes nümayəndələri haqqında açıqlama verib.

Sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətdə əlamətdar günlərdə qonorarını qaldıran həmkarlarını qınayıb:

“Müğənnilər nankorluq edirlər. Bayram vaxtı qonorarı qaldırırlar. Düşünürlər ki, həmin gün restoran müdirləri qazanır, biz də onlardan götürək. Bu, yanlışdır. Axı biz ilin bütün günlərində o məkanların çörəyini yeyirik. Sənəti bazara çeviriblər. Qiymət alış-verişi edirlər. Heç vaxt qonorarımı bayramlarda yüksəltmirəm. Bunu ayıb bilirəm”.