Qızını nişanlayan Mətanət yenidən gündəmdə - fotolar

Qızını nişanlayan Mətanət yenidən gündəmdə -  fotolar
3741 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkəri nişanladıqdan sonra uzun müddətdir ki, gündəmdə deyildi.

Axşam.az-ın məlumatına görə, çox yorulduğunu deyən müğənni istirahət edib.

“Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin Yeni il çəkilişlərində fotokameramızın qarşısına keçən sənətçi əməkdaşımızla söhbətində bundan sonra efirdə tez-tez görünəcəyini bildirib: “Uzun müddətdir ki, özümə istirahət vermişdim, dincəlib yorğunluğumu çıxarırdım. İndi geri qayıtmışam. Yeni il ərəfəsində bütün proqramlarda yer alacam. Bu arada yeni albomumu da hazırladım. Artıq işıq üzü görüb. Son vaxtlar ifa etdiyim mahnılarımın hamısı burada toplanıb”.

Foto: Rəşad ABBASOV