Britaniya şahzadəsindən oğluna fantastik avtomobil - Fotolar

Britaniya şahzadəsindən oğluna fantastik avtomobil - Fotolar
1305 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniya şahzadəsi Uilyam körpəsinin təhlükəsizliyini təmin etmək üçün yeni avtomobil alıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, oğlu Corc üçün aldığı maşına 250 min funt sterlinq pul xərcləyib.

“Bentley” markalı avtomobil 3 tonluq metaldan hazırlanıb və gülləkeçirməyən şüşələri var. Saatda 320 km sürətlə getmək imkanına malik olan maşınla kral ailəsi istənilən məkana daha tez çatmaq şansı əldə edəcək. Avtomobilin oturacaqlarının həm masajetmə, həm də isitmə funksiyası var. Bundan əlavə, maşında bir neçə televizor da var.