"Qalatasaray"ın hollandiyalı futbolçusu Uesley Sneyderin xanımı Yolante Kabau Yeni il çəkilişlərinə qatılıb.Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cazibədar model "Samdan" jurnalı üçün poz verib.
Fotosessiyadan sonra Kabau Yeni ilin onun həyatında xüsusi yerə malik olduğunu bildirib:
"5 il əvvəl Dubayda Yeni il gecəsi Uesli mənə evlilik təklif etmişdi. Bu səbəbdən Yeni il gecələrinin mənim üçün özəl yeri var".
Qeyd edək ki, U. Sneyder və Y. Kabau 2008-ci ildə münasibət qurub. Cütlük 2010-cu ildə evlənib.