Rusiyanın məşhur verilişi Bakıya gəlib

Rusiyanın məşhur verilişi Bakıya gəlib
1415 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın “Пятница” kanalında yayımlanan “Еда, я люблю тебя!” verilişinin aparıcıları Artem Korolev, Vladimir Dantes və Eqor Kaleynikov Bakıya gəliblər.

Axşam.az-ın məlumatına görə, aparıcılar gəzintidən fotolarını sosial şəbəkədə paylaşıblar. Onlar istirahətlə yanaşı mətbəxlə bağlı şouları üçün çəkilişlər də ediblər.

Korolev Bakı ilə bağlı təəssüratlarını bölüşərkən paytaxtımızı çox bəyəndiyini bildirib:

“Heyranedici şəhərdir. Bir neçə ilə maraqlı binalar tikilib. Köhnə binaları isə yenidən təmir ediblər. Buna görə də şəhər eyni stildə görünür. İndi Bakı bir az Parisi, bir az Londonu, bir az da Dubayı xatırladır”.