Samirlə Nigar arasında qalmaqal: "Eldarın yanında tanındı, yoxsa..."

Samirlə Nigar arasında qalmaqal:  "Eldarın yanında tanındı, yoxsa..."
2241 dəfə oxunub
  • A-
  • A
  • A+

Şou-biznesdə növbəti qalmaqal müğənni Nigar Camalla Samir Piriyev arasında yaşanıb.

Axşam.az-ın məlumatına görə, Nigarın Samiri tanımadığını deməsi qarşı tərəfi özündən çxıarıb.

Piriyev sosial şəbəkədə sənətçiyə cavab verib və onu yalan danışmaqda ittiham edib:

“Azərbaycanda müğənnilik edəsən və yetərincə tanınan sənətçini tanımayasan?

Yaxşı ki, bir dənə Avroviziya oldu. Eldarın yanında (Eldar Qasımov – red.) əlində bayraq qaçdı və tanındı. Yoxsa bu xanım necə məşhur olardı?

Məni Aygün Kazımova tanıyır - Azərbaycanın divası, bir nömrəli ulduzu... Nigar Camal tanımasa da olar”.

Qeyd edək ki, Nigar “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasında olarkən Samiri onluqdan uzaqlaşdırmışdı və onu tanımadığını demişdi.