Viktoriya sözəbaxmayan qızını belə yola gətirdi - fotolar
Dünya
09:55 / 03.04.18
5117dəfə oxunub
A-
A
A+
Britaniyalı dizayner Viktoriya Bekhem qızı Harper və oğulları Romeo, Kruzla birlikdə hava limanında paparassilərin obyektivində olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, dizaynerlə övladları Britaniyadan ABŞ-a yaz tətilinə yola düşüblər. Lakin uzunmüddətli uçuşlar balaca Harperi yorduğundan o, anası ilə mübahisə etməyə başlayıb. 43 yaşlı Viktoriya yola davam etməsi üçün qızını razı salmağa çalışıb. Yola gəlməyən Harperi sakitləşdirmək üçün Viktoriya qızını öpərək ona xoş sözlər deyib.
Harperi eyni zamanda qardaşları da sakitləşdirməyə cəhd edib. 13 yaşlı Kruz isə bacısının kaprizlərinə dözə bilməyərək üzünə qəribə ifadə verib. Bir neçə dəqiqə sonra hər şey qaydasına düşüb və Viktoriya qızının əlindən tutaraq hava limanını tərk edib.