Müğənni Dilarə Kazımova yenidən fotokamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, əcnəbi fotoqrafla işləyən sənətçi bu dəfə də açıq-saçıq geyimlərdən istifadə edib.
Dilarə bildirib ki, hər zaman formada qalmaq üçün idmanla məşğul olmaqla yanaşı, həm də rəqsə gedir.
Kazımovanın şəkillərinin müəllifi Matthew Soulnechnidir.
Qeyd edək ki, D.Kazımova açıq-saçıq fotolar çəkdirməsi ilə bağlı suallara "Bədən quruluşum buna imkan verir" cavabını vermişdi.