Bir müddət əvvəl Bodruma köçən müğənni Niyam Salami Bakıya qayıdıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bir neçə günlüyünə gəldiyini deyib.
Niyam burada olduğu müddətdə yaradıcılığı ilə məşğul olacağını söyləyib. Sənətçi obyektiv qarşısına keçərək yeni fotosessiya etdirib.
Qeyd edək ki, Niyam müğənni Samir Piriyevlə birlikdə Bodrumda restoran açıb.