Tanınmış alt geyimi brendi "Viktoriya Sekret"dən ayrılan model Miranda Kerrə əvəzləyici tapılıb.
Axşam.az xəbər verir ki, bu, 19 yaşlı model Barbara Palvin olacaq.
Ötən ay ilk dəfə "Viktoriya Sekret"in dəfiləsinə qatılan macarıstanlı gözəl modelyerlərin diqqətini çəkib. Barbara son olaraq məşhur "Esquirre" dərgisi üçün cazibədar fotosessiya etdirib.