Futbol üzrə milli komandamızın keçmiş üzvü Ruslan Əmircanov ailə həyatı qurub.
Axşam.az xəbər verir ki, futbolçunun toyu Bakıdakı şadlıq saraylarından birində keçirilib.
Məclisdə Azərbaycan futbolunun tanınmış simaları, Ruslanın yaxınları və komanda yoldaşları iştirak ediblər.
Qeyd edək ki, Əmircanov hazırda "Səbail" klubunun üzvüdür.
Foto: İlqam CƏBİYEV