Tolqahan Sayışman Afrikada izdiham yaratdı - fotolar

Tolqahan Sayışman Afrikada izdiham yaratdı - fotolar
1500 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Tolqahan Sayışman baş rolda oynadığı "Asla Vazgeçmem" serialının yayımlandığı Afrika ölkəsi - Anqolaya səfər edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tolqahan hava limanında izdihamın yaranmasına səbəb olub.

Belə ki, Sayışmanı görmək və onunla şəkil çəkdirmək üçün yüzlərlə insan hava limaına üz tutub.

Kütlə arasından mühafizənin köməyi ilə çıxan aktyor Anqolanın paytaxtı Luandada otellərdən birinə, daha sonra sevənləri ilə görüşə yollanıb.

Qeyd edək ki, iki il əvvəl Türkiyədə yayımlanan serialın baş rollarında Tolgahan Sayışman, Amine Gülşe, Şafak Pekdemir, Ümit Yesin, Ayşegül Günay, Hülya Gülşen Irmak və Tugay Mercan oynayıb.