Azərbaycanlı qadın "Youtube"un baş ofisini atəşə tutdu - fotolar
Xəbər
10:27 / 04.04.18
3865dəfə oxunub
A-
A
A+
San-Brunoda “Youtube” kanalının baş qərargahı atəşə tutulub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kanalın ofisinə atəş açan şəxs cənubi azərbaycanlı istifadəçi Nasim Ağdam olub. 39 yaşlı qadın Şimali Kaliforniya sakinidir. “Youtube”da şəxsi kanalı olan və sonuncu paylaşımını 3 həftə əvvəl edən Nasimin terrorçularla hər hansı əlaqəsi tapılmayıb.
Onun belə bir addım atmasına səbəb kimi iki verisya təqdim olunub: hadisə qadının xəsarət yetirdiyi yaralılardan biri ilə tanış olması və qısqanclıq səbəbindən törədilib; “Youtube” Nasimin kanaldakı videolarına pul ödəməkdən imtina edib, bu isə şirkətə qarşı onda intiqam hissi yaradıb. Sonuncu versiyanı Ağdamın atası İsmayıl səsləndirib.
Qeyd edək ki, “Youtube” kanalının baş qərargahına açılan atış nəticəsində 4 nəfər yaralanıb. Nasim daha sonra özünə atəş açaraq intihar edib.