Xalq artisti Faiq Ağayev prodüser Toliklə barışmağına və bu barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında Tolikdən çoxlarının istifadə etdiyini deyib:
“Tolikin rəyləri, statusları əsasında yazılan xəbərləri görəndə təəccübləndim. Çünki onunla münasibətimiz yaxşı olub: atası ilə tanış olmuşam, bacısının ad gününə getmişəm. Tolikə zəng vurub münasibətləri aydınlaşdırmağı istədim. Mehribancasına danışdıq. Tolikin ətrafında ondan istifadə edənlər var. Onu mənə qarşı alət kimi istifadə etmək istəyiblər. Ona söz aparan insanların hamısını bir-bir yığdım, aydınlaşdırdım. Onun ünvanına heç bir xətrinə dəyəcək, qıcıqlandıracaq ifadə işlətməmişəm. Ondan istifadə edənlər, barışığa kinayə ilə yanaşanlar Allah qarşısında cavab verəcəklər. Bizim barışığa sevinənlər də oldu. Xalq artisti Aygün Kazımova öz sevincini yazdığı statusda bildirdi”.
A. Kazımova Faiqlə Tolikin barışmasına münasibətini belə bildirib:
“Hər iki dostuma təşəkkür edirəm. Barışıb məni sevindirdilər”.