Müğənni Demet Akalın Bebekdə obyektivlərə tuş gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı əlindəki su qabı ilə diqqət çəkib.
Rəfiqəsinin evindən qayıdan Demet qabla bağlı jurnalistlərin təəccübləndiyini görüb açıqlama verməli olub:
“Rəfiqəm ziyarətə getmişdi. Mənə zəmzəm suyu gətirib. Gəlmişkən onu da aldım”.
Demetin 5 litrlik zəmzəm suyunu nə edəcəyi sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub.