Əməkdar artist Eyyub Yaqubovdan xəbər var. Axşam.az-ın məlumatına görə, müğənni yeni albom və mahnılar üzərində çalışır:
“Əlibaba Məmmədovun "Mahnı dağlarda" bəstəsi üzərində işləyirəm. Bir də “Ana yurdum” mahnısının davamı kimi yeni bəstələr hazırlayacam. Bu ifalarım 2014-cü ildə işıq üzü görəcək albomumda yer alacaq”.
“Yeni albomda Ajda Pekkanla duet olacaq?” sualına isə E. Yaqubov belə cavab verib:
“Ajda xanımla burada görüşdük. Arada telefonla da əlaqə saxlayırıq. Amma onun işləri çoxdur, buna görə də hələ duet haqqında fikirləşmirik. Ajda Pekkana görə Türkiyəyə getməyi düşünmürəm. Yenidən Bakıya gələndə planımızı reallaşdırarıq”.
Foto: Rəşad ABBASOV