Həyat yoldaşından Nigara brilyant hədiyyə - fotolar

Həyat yoldaşından Nigara brilyant hədiyyə -  fotolar
4151 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün tanınmış vizajist, ATV telekanalının “Özünə bax” layihəsinin münsiflərindən olan Nigar İbrahimovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, bu munasibətlə Nigara canlı yayımda sürpriz təşkil olunub. Belə ki, həyat yoldaşı Ruslan vizajistə “N” hərfli brilyant üzük və gül dəstəsi bağışlayıb.

Nigar hədiyyə üçün ərinə təşəkkür edib və onu heç vaxt incitməyəcəyinə söz verib.

Müğənni İradə İbrahimova isə telefonla efirə bağlanaraq bacısına arzularını çatdırıb:

"Onun tək əksiyi övladdır. Buna da sahib olmasını diləyirəm. Nigarı  Ruslanla birlikdə Türkiyəyə gözləyirik. Bayramı bizimlə keçirmələrini istəyirik”.