Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Axşam.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində baş tutan tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyasının stendində 15-ə yaxın şirkət təmsil olunur.