Axşam.az saytının fotokamerası qarşısına keçən aparıcı idman vasitəsilə çəkisini qaydada saxladığını deyib:
"Bu, mütləqdir. Eyni zamanda pəhriz də lazımdır. Bəzən səhlənkarlıq edirəm və kilomda dəyişikliklər olur. Çalışıram sağlam həyat tərzi yaşayım. Üz dərimə qulluq edirəm. Bütün baxım prosedurlarını sınaqdan keçirirəm. Vaxt azlığından bu vasitələri salonda etdirirəm. Ev şəraitində də xanımlarımız maskalar hazırlayıb üzlərinə vura bilərlər. Bu, dərinin hər zaman təravətli görünməsi üçün vacibdir”.