Müğənni Ledi Qaqanın Türkiyənin unudulmaz sənətkarı Zəki Mürənin 25 il əvvəl çəkdirdiyi şəkli təkrarlaması səs-küyə səbəb olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı müğənni son albomundakı “Applause” adlı mahnısının klipində Mürenlə eyni pozu verib.
Bir türk bloqqeri dərhal hadisəni dünya mətbuatına çatdırıb. Bu xəbər qərb mediasında da böyük marağa səbəb olub.