Azərbaycan “Türkvision”da qalib oldu - video

 Azərbaycan “Türkvision”da qalib oldu - video
4990 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan təmsilçisi Fərid Həsənov  türkdilli xalqların ilk və tək müsabiqəsi olan “Türkvision”da birincilik qazanıb. 

Axşam.az-ın məlumatına görə, Türkiyənin Əskişəhir şəhərində keçirilən gecədə iştirakçımız Gövhər Həsənzadənin “Yaşa” mahnısı ilə qalib olub.

İfaçı müsabiqəyə hazırlaşarkən Samir Cavadzadə ona müəllimlik edib. O, finalda Ukrayna, Qazaxıstan, Türkiyə, Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Tatarıstan, Qırğızıstan, Şimali Kipr, Rusiya Federasiyasının Altay muxtariyyəti və Kosovo təmsilçiləri ilə mübarizə aparıb. 12 ölkənin təmsilçilərini məğlub edərək liderliyi ələ alan Fərid Həsənov 210 xalla Azərbaycana birincilik gətirib.

Qeyd edək ki, türkdilli xalqların qatılacağı müsabiqədə azərbaycanlı münsif qismində bəstəkar Gövhər Həsənzadə və şair Baba Vəziroğlu da  iştirak edib. ATV telekanalı bu ildən müsabiqənin rəsmi yayım hüququna malik olub.

Xatırladaq ki, Fərid Həsənov  1992-ci il aprelin 9-da Bakıda dünyaya gəlib. 12 yaşından etibarən vokal dərsləri alan Fərid “Yeni Ulduz” müsabiqəsinin finalçılarındandır.