Nurgül Yeşilçayın "Cinayət"indən ilk görüntülər - video
Türkiyənin tanınmış aktrisası Nurgül Yeşilçayın çəkildiyi yeni serial efirə veriləcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cinayət" teleserialının ilk görüntüləri yayımlanıb.
Baş rollarda Nurgüllə yanaşı, aktyorlar Engin Altan Düzyatan, Uğur Polat, Şükran Ovalı və Mümtaz Tayalı yer alır. Film sirli bir cinayətin həlli və insanların həyatının necə dəyişməsindən bəhs edir.
Serialın rejissorları Cansu Akbel və Tarkan Karlıdağdır. "Cinayət" Kanal D-də efirə gedəcək.