Metroda danışır uşaqlar...

Metroda danışır uşaqlar...
1321 dəfə oxunub
  • A-
  • A
  • A+

Qeyd etdiyimiz kimi, bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bu münasibətlə, şəhərin bir çox yerlərində bəzi qurumların təşəbbüsü ilə idarə uşaqlara verlib.

Axşam.az-ın məlumatına görə, Bakı Metropoliteni də istifadəçiləri üçün maraqlı bir sürpriz hazırlayıb. 1-3 iyun tarixində metro stansiyalarında, vaqonlarda və eskalatorlarda uşaqların səsi eşidiləcək. Sözügedən layihədə 2 məktəbəqədər təhsil alan və 30 1-3-cü sinif şagirdi iştirak edib.

Qeyd edək ki, diqqətləri uşaqlara yönləndirmək, onlarda özünəinam hissi aşılamaq məqsədi daşıyan bu addım Bakı Metropolitenində ilk dəfədir ki, həyata keçirilir.