Vüqar Şixəmmədovla İntiqam Hümbətova nazirlikdə yeni vəzifə verildi

Vüqar Şixəmmədovla İntiqam Hümbətova nazirlikdə yeni vəzifə verildi
2342 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə  kadr təyinatları həyata keçirilib.

Axşam.az-a nazirlikdən daxil olan məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova həvalə edilib. Qeyd edək ki, V.Şixəmmədov bunadək nazirlikdə İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tuturdu.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə isə İntiqam Hümbətov təyin olunub.